Ordu.az xəbər verir ki, bu barədə Polşa Müdafiə naziri Mariuş Blezçek məlumat verib.
Bildirilir ki, müqavilə çərçivəsində Polşa ordusuna iki eskadriliyada cəmi 32 AW149 helikopteri təslim ediləcək. Müqavilənin dəyəri 1,83 milyard dollardır.
Çoxfunksiyalı AW149 helikopterləri İtaliyanın “Leonardo” şirkətinin Polşadakı podratçılarından biri olan “PZL Swidnik” tərəfindən yerli olaraq istehsal olunacaq.
“Leonardo” ilk helikopterin təsliminin gələn il olduğunu, logistika, təlim, texniki xidmət və simulyator təhsili kimi bir çox paketi ehtiva edən bu əhatəli sifarişin çatdırılma fəaliyyətlərinin 2029-cu ildə tamamlanacağını bildirib.
Ukraynadakı müharibə ilə əlaqədar Polşa Silahlı Qüvvələri modernləşdirmə işlərini sürətləndirib və qarşıdakı illərdə ümumi daxili məhsulun təxminən 3%-ni müdafiə sistemlərinə sərf edəcək. Nazirlikdən verilən açıqlamada yeni helikopterlərin qoşun daşımaları və hava dəstəyi də daxil olmaqla bir çox döyüş tapşırıqlarını yerinə yetirəcəyi vurğulanıb.
AW149 helikopteri əvvəlcə “AgustaWestland” şirkəti tərəfindən hazırlanmış və sonradan “Leonardo” tərəfindən alınmış orta mənzilli ümumi təyinatlı helikopterdir. AW139-dan əldə edilən AW149 daha böyük gövdəyə və daha güclü mühərriklərə malikdir. Bu, daha böyük yük həcmi və faydalı yük daşıma qabiliyyətini təmin edir.
Taktiki-Texniki Xüsusiyyətləri:
Ekipaj: 2
Tutumu: 12 tam təchizatlı əsgər və ya 2,720 kq yük
Uzunluğu: 17,57 m
Eni: 3,06 m
Hündürlüyü: 5,14 m
Maksimum uçuş çəkisi: 8,600 kq
Güc Qrupu: 2 × Safran Aneto-1K,
Maksimum sürət: 1,7 kVt/saat km
Kreyser sürəti: 278 km/saat
Mənzil: 800 km
Uçuş müddəti: 4 saat
Sevinc Əliyeva
Ordu.az