Malayziya “Hürjet” təklifini prioritet hesab edir?

2022/07/FOEs7-1657600509.jpg
Oxunub: 757     19:32     12 İyul 2022    
Malayziyanın baş naziri Datuk Seri İsmayıl Sabri Yaakob Türkiyəyə 4 günlük rəsmi səfər edib.

Ordu.az xəbər verir ki, Baş nazirin rəhbərlik etdiyi Malayziya nümayəndə heyəti Türkiyənin TUSAŞ və Mexanika Kimya Sənayesi (MKE) şirkətlərinə səfər edib.

Malayziya uzun müddətdir ki, Türkiyənin bir çox müdafiə sənayesi layihələri, xüsusilə TUSAŞ-ın istehsal etdiyi “Anka” zərbə PUA-ları və “Hürjet” reaktiv təlim və yüngül hücum təyyarələri layihələri ilə maraqlanır.

Baş Qərargah rəisinin və Hərbi Hava Qüvvələri komandanının Malayziya nümayəndə heyətində olması müdafiə sənayesi sahəsində kritik təmasların olacağından xəbər verir.

TUSAŞ 2018-ci ildə Malayziya Kral Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən başladılan və 18 yüngül hücum təyyarəsinin satın alınmasını əhatə edən tender üçün “Hürjet” təyyarəsini təklif edib.

İddiaya görə, HHQ təyyarələrin tədarükü üçün 961,6 milyon dollar büdcə ayırıb. Bu büdcənin yarısının (480,8 milyon dollar) xam palma yağı və ya palma yağı məhsulları hesabına qarşılanması hədəflənir.

Malayziya Hərbi Hava Qüvvələrinin yüngül hücum təyyarəsi tenderinə təkliflərini təqdim edən şirkətlər və məhsulları aşağıdakılardır:

KAI: FA-50
TUSAŞ: “Hurjet”
CATIC: L-15
“Leonardo”: M-346
“Hindustan Aeronautics”: “Tejas”
“Rosoboroneksport”: MiQ-35


Tender üçün tələblər:

Müqavilənin imzalanmasından 36 ay sonra mərhələli şəkildə təyyarələrin təhvil verilməsinə başlanması
Təyyarənin yanacaq doldurma qabiliyyəti
Təyyarə görmə qabiliyyətindən kənarda olan hədəfləri vuran raketlərlə təchiz oluna bilməsi
Təyyarədə istifadə olunacaq hissələrin 30%-nin yerli olaraq satın alınması
Səsdən yüksək sürətlərə nail olmaq


TUSAŞ Malayziyanın PUA tenderində də iştirak edib. Sözügedən tenderlə 6 PUA tədarükü nəzərdə tutulur. Malayziya Hərbi Hava Qüvvələrinin “Qabiliyyət Planı 2055 (CAP 55)” proqramı çərçivəsində alınacaq 6 PUA 2021-25 büdcə dövründə maliyyələşdiriləcək ilk partiya olacaq və tenderin nəticəsi tezliklə elan olunacaq. Malayziya Kral Hərbi Hava Qüvvələrinin ən azı üç fərqli PUA - MQ-9 “Reaper” (ABŞ), “Wing Loong” (Çin) və “Anka” ilə maraqlandığı məlumdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Türkiyə  


Bizi "telegram"da izləyin