Ukrayna XKX-nin sabiq rəhbəri: "Donbas və Krımı tamamilə azad etmək imkanı var"

2022/06/1655961518.jpg
Oxunub: 5501     15:07     08 İyul 2022    
"Ukrayna Silahlı Qüvvələri yaxın aylarda strateji istiqamətlərdə qələbələr qazanmağa başlaya bilər: əvvəlcə cənubda, sonra şərqdə. Xerson, Zaporojye, Xarkov, daha sonra isə Luqansk və Donetsk vilayətlərini azad etmək mümkün olacaq".

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri (2005-2010) general Nikolay Malomuj “Qlavred”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bütün nailiyətlər Ukrayna qoşunlarının strateji müdafiəni nə dərəcədə effektiv təmin edəcəklərindən asılıdır: "Əgər biz daha çox silah ala bilsək, düşməni avqust ayında cənub və qismən şərq ərazilərimizdən sıxışdırıb çıxaracağıq. Bu, tamamilə realdır. Ən son silah və texnika ilə yanaşı, kadr hazırlığı da yüksək səviyyədə olmalıdır”.

General bildirib ki, Rusiya ordusu Donetskdə möhkəmlənməyə çalışır: “Onların da öz planları var. Qarşı tərəf təkcə Luqanskın deyil, həm də Donetsk vilayətlərinin inzibati sərhədlərinə çatmaq istəyir. Bundan sonra danışıqlar məsələsini gündəmə gətirmək niyyətindədirlər. Bizim artıq 1 milyona yaxın səfərbər edilmiş və yüksək motivasiyalı, təlim keçmiş hərbi qulluqçularımız var. Bu hərbçiləri ən müasir silah və texnika ilə döyüşə göndərmək imkanı əldə edərək, artıq strateji əməliyyatlara hazırlaşa bilərik. Gələn il 1991-ci ilin sərhədlərinə çatmağın mümkünlüyünə gəlincə, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun əvvəlcədən elan etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin Donbas və Krımı, o cümlədən Sevastopolu tamamilə azad etmək imkanı var”.

Malomuj vurğulayıb ki, Krımı azad etmək daha çətin olacaq, çünki ora əsl döyüş gəmisinə çevrilib: “Yalnız Rusiya Ukraynanın cənub və şərq cəbhəsində uğursuzluğa düçar olanda, Putin rejimi dağılmağa başlayanda, rus qoşunlarının kütləvi şəkildə geri çəkilməsi başlayanda və təkcə Rusiya hərbçiləri arasında deyil, həm də Rusiya vətəndaşları arasında çaxnaşma başlayanda və ən əsası, rus elitası arasında Putinə inam azalanda Krımın azad edilməsi mümkün olacaq. Bu, çətindir, lakin mümkündür”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Krım  


Bizi "telegram"da izləyin