“BQ rəisinin nazirin birinci müavini təyin olunmasının ciddi riskləri var” - Sakunts

2019/03/arthu-1553847984.jpg
Oxunub: 561     13:17     08 İyul 2022    
“Baş Qərargah rəisinin müdafiə nazirinin birinci müavini təyin olunmasının ciddi riskləri var”.

Ordu.az xəbər verir ki, bunu Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts deyib.

Onun sözlərinə görə, bu, Silahlı Qüvvələrin siyasi neytrallığına töhfə vermir.

Sakunts qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi tam şəkildə mülki xidmət üzərində olmalıdır.

“Müdafiə Nazirliyi mülahizələri təqdim etmək üçün müzakirələr platforması yaratmayıb”, - deyə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sakunts   Ermənistan  


Bizi "telegram"da izləyin