“Hetq”: Azərbaycan Ordusu Qaragöl sektorunda strateji yüksəkliklərə və 13 kvadrat kilometr əraziyə nəzarət edir

2021/05/tia_c-1621419732.jpg
Oxunub: 3864     14:45     08 İyul 2022    
2021-ci il mayın 12-də Azərbaycan Silahlı Qüvvələri təkcə Basarkeçər sektorunda deyil, həm də Qaragöl sektorunda 3 km irəliləyiblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq.am” nəşri yazıb.

Qeyd olunub ki, Göyçədə Azərbaycan Ordusunun irəlilədiyi ən azı 3200 hektar (32 kvadrat kilometr) ərazi var.

“Lakin qeyd edək ki, Amerikanın “Google” şirkətinin xəritəsinin yenilənməsini nəzərə alaraq azərbaycanlıların Basarkeçərin Zərkənd kəndində “Google”da görünməyən irəliləyişini həmin rəqəmə daxil etməmişik. 2021-ci ilin may ayında rəqib Basarkeçər sektorunda ən azı 3200 hektar ərazidə irəliləyib. Ermənistan tərəfinin Qaragölə çıxışı nisbidir. Qeyd edək ki, erməni tərəfinin hələ də cənub-qərbdən gölə çıxışı var. Oxucuların yadındadır ki, Baş nazirin o vaxtkı müavini Tiqran Avinyan 2021-ci il mayın 15-də bir neçə məmurla Qaragölə səfər etmişdi və həmin cənub-qərb sahilindən fotolar dərc etmişdi. Həmin günlərdə Ermənistanın müxtəlif çaplı rəsmiləri, hökumət və hökumətyönlü media müntəzəm olaraq erməni qüvvələrinin gölə nəzarət etdiyini iddia edirdilər, lakin o vaxt da reallıq başqa idi, indi də başqadır”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, Azərbaycan Ordusu Qaragöl sektorunda strateji yüksəkliklərə və 13 kvadrat kilometr əraziyə nəzarət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaragöl   Azərbaycan-Ordusu  


Bizi "telegram"da izləyin