Zelenski Britaniyanın Ukrayna ilə bağlı siyasətinin dəyişməyəcəyinə əmindir

2022/04/27806-1649533337.jpg
Oxunub: 372     18:26     07 İyul 2022    
Ukrayna Prezidenti Vladimir Zelenski əmindir ki, Boris Conson istefa versə də, Britaniyanın onun ölkəsi ilə bağlı siyasəti dəyişməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə Zelenski CNN-ə müsahibəsində deyib.

Boris Consonu Ukraynanın "həqiqi dost"u adlandıran Zelenski vurğulayıb ki, Conson Ukraynanı tam dəstəkləyib və bununla da Britaniyanın tarixin doğru tərəfində olmasını seçib.

“Mən əminəm ki, Britaniyanın siyasəti dəyişməyəcək. Baş nazir Consonun atdığı addımlarla bizim münasibətlərimiz daha da güclənib. Biz Britaniyadan güclü hərbi dəstək almışıq”, - Zelenski əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   Britaniya  


Bizi "telegram"da izləyin