Zelenski ABŞ senatorları ilə görüş keçirib

2022/07/12-1-1657212027.jpg
Oxunub: 355     18:17     07 İyul 2022    
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə səfəri çərçivəsində ABŞ senatorları Lindsi Qrem və Riçard Blumental ilə görüşüb.

Bu barədə Ordu.az “RBC-Ukraina”ya istinadən xəbər verir.

Zelenski ABŞ-ın ikipartiyalı dəstəyinin Ukrayna üçün çox vacib olduğunu vurğulayıb.

Prezidentin sözlərinə görə, indi Ukraynanın mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün müasir hava hücumundan müdafiə sistemlərinin təchizatı məsələsində Konqresin köməyinə ehtiyacı var.

“Əsas prioritet uşaqlı qadınların sentyabrın 1-dək evlərinə qayıtmasını, uşaqların və tələbələrin məktəblərə və universitetlərə getməsini təmin etməkdir”, - Zelenski qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   ABŞ  


Bizi "telegram"da izləyin