Vətən müharibəsindən sonra 24 nəfər Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib

2021/12/23434-1639900704.jpg
Oxunub: 620     17:21     07 İyul 2022    
Vətən müharibəsindən sonra 24 nəfər (18 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşı əsir, girovluqdan azad edilib.

Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Ordu.az-ın sorğusuna cavab olaraq bildirib.

Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanmış şəxslər olub. Beləliklə, Vətən müharibəsi və sonrakı dövrdə 19 nəfər (1 nəfər mülki, 17 hərbçi) əsir və girovluqdan azad edilib.

O da bildirilib ki, Vətən müharibəsində itkin düşmüş şəxslərin sayı 6 nəfərdir, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xatırladaq ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yenilənmiş saytında məlumat qeyd edilmişdi. Komissiyanın saytı müasir çağırışları nəzərə alaraq yenilənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsir   Girov  


Bizi "telegram"da izləyin