Boris Consonun xələfi necə seçiləcək?

2022/03/62388-1647875465.jpg
Oxunub: 546     16:27     07 İyul 2022    
Mühafizəkarlar Partiyasının yeni liderinin və Britaniya Baş nazirin seçilməsi prosesi Boris Conson vəzifədən rəsmən istefa verdikdən sonra başlamış sayılır.

Ordu.az xəbər verir ki, ilk olaraq Baş nazir postuna iddialı şəxsin namizədliyi 8 parlamentari (Mühafizəkarlar Partiyasının təmsilçisi) tərəfindən dəstəklənməlidir.

O, yalnız bundan sonra kampaniyaya qoşula bilər və namizədliyini irəli sürə bilər.

Birinci mərhələdə Mühafizəkarlar Partiyasından olan parlamentarilər irəli sürülmüş namizədlərə səs verir. 18-dən aşağı səs toplayan namizəd prosesdən uzaqlaşır.

İkinci mərhələdə Mühafizəkarlar Partiyasının deputatları arasında yenidən səsvermə keçirilir və bu dəfə 36-dan aşağı səs toplayan namizəd prosesdən kənarlaşır. Əgər bütün namizədlər bu səddi (36 səsi) keçərsə, onların arasında ən az səs toplayanlar prosesdən çıxır.

Proses 2 namizəd qalanadək davam edir.

Sonuncu mərhələdə isə səsvermə iki namizəd arasında və Mühafizəkarlar Partiyasının geniş tərkibinin iştirakı ilə poçt səsverməsi (postal voting) əsasında keçirilir.

Ən çox səs toplayan namizəd Mühafizəkarlar Partiyasının lideri seçilir və nəticə etibarı ilə Britaniyanın Baş naziri olur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Conson  


Bizi "telegram"da izləyin