Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
“Baş nazir düzgün qərar verdi. Borisin rəhbərliyi altında hökumətin bir çox nailiyyətləri var – “Brexit”, peyvəndlər və Ukraynaya dəstək. İndi bizə sakitlik, birlik lazımdır və yeni lider müəyyən olunana qədər hökuməti idarə etməyə davam etməliyik”, - xarici işlər naziri bildirib.
Qeyd edək ki, Liz Trass Baş nazir postu üçün potensial namizədlərdən biri kimi qəbul edilir.
Ordu.az