“Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir" - Conson

2022/06/3000-1656325518.jpg
Oxunub: 452     16:09     07 İyul 2022    
“Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir. Amma gördüyünüz kimi, kütlə instinkti çox güclüdür”.

Ordu.az “Sky nyus”a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri xalqa müraciətində deyib.

“Mən Mühafizəkarlar Partiyasının gələcək liderinə bacardığım qədər dəstək olacağam. Dünyanın ən yaxşı işini tərk etdiyimin nə qədər kədərli olduğumu bilməyinizi istəyirəm.

Son bir neçə gündə mübarizə aparmağımın səbəbi təkcə şəxsi arzum deyildi. Eyni zamanda mən bilirdim ki, bu, mənim vəzifəm, öhdəliyimdir. Biz ölkəni panemiyadan keçirdik. Avropada peyvəndin ən sürətli paylanmasını təmin etdik. Vladimir Putinin Ukraynaya hücumunun qarşısının alınmasında Qərbə rəhbərlik etdik.”, - o söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Conson   Britaniya  


Bizi "telegram"da izləyin