Cahit Bağçı: “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur”

2021/09/23png-1631771480.jpg
Oxunub: 400     15:27     07 İyul 2022    
“Türkiyə və Azərbaycan yerləşdikləri coğrafiyaya baxmayaraq hadisələrin xaricində qalaraq strateji siyasət həyata keçirir”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.

Səfir bildirib ki, Türkiyə və Azərbaycan şərqlə qərbin ortasında yerləşən iki qardaş ölkədir və hər mənada ikitərəfli münasibətləri inkişaf etdirən ölkələrdir: “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Türkiyəyə dəstək olur. Azərbaycan qaz xətlərini Türkiyə üzərindən keçirərək Avropaya çatdırılma edir. Azərbaycanın qaz ixracatı Avropanın tam qazla təchiz edə bilməz. Amma Azərbaycanın qazının Türkiyənin keçən xətlərlə Avropaya çatdırılması Rusiyanın Avropaya təhdidinin qarşısını hələ ki, alır. Amma bu sonsuza qədər davam edə bilməz. Azərbaycanla Türkiyə bu münasibətlərini 3-cü ölkələrlə də inkişaf etdirmək niyyətindədir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin