Türkiyə səfiri: “Zəngəzur dəhlizi bölgəyə çox böyük faydalar verəcək”

2021/12/89089-1639730832.jpg
Oxunub: 502     15:24     07 İyul 2022    
Bu gün geosiyasi reallıqlar dəyişib.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.

Səfir geosiyasi reallıqların dəyişməsinə səbəb kimi, Rusiyanın Ukraynaya hücumunu göstərib.

Türkiyəli diplomat İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesinə də toxunub.

Səfir Rusiya-Ukrayna müharibəsindən əvvəl pandemiya dünyada təhlükəsizliyin əsas prioritet olduğunu göstərib.

Cahit Bağcı bu kontekstdə qida təhlükəsizliyinin, eyni zamanda, enerji təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb. Diplomat əlavə edib ki, müharibə fonunda təbii qazın qiymətləri artmaqdadır.

Diplomat eyni zamanda, Zəngəzur dəhlizinin də əhəmiyyətini diqqətə çatdırıb:

“Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bölgəyə çox böyük faydalar verəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin