Lavrov çinli həmkarı ilə Ukraynadakı vəziyyəti və Qərbin davranışını müzakirə edib

2022/06/1655193469.jpg
Oxunub: 356     14:33     07 İyul 2022    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə Ukraynadakı vəziyyəti və bu kontekstdə Qərbin davranışını müzakirə edib.

Ordu.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlərin görüşü G20-nin Balidə keçirilən toplantısı çərçivəsində baş tutub.

"Ukraynadakı və onun ətrafındakı vəziyyətə xüsusi diqqət yetirilib. Lavrov çinli həmkarına Rusiya silahlı qüvvələrinin Donbasın mülki əhalisinin mühafizəsi, Ukraynanın demilitarizasiyası və denasifikasiyasına yönəlmiş xüsusi hərbi əməliyyatının əsas vəzifələrinin icrası barədə məlumat verib. Nazirlər Ukrayna süjeti kontekstində Qərb ölkələrinin atdığı addımları dəyərləndiriblər”, - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ukrayna  


Bizi "telegram"da izləyin