İlan adası Rusiyanın hərbi texnikalarından tam təmizlənib

2022/07/dfgdf-1657188130.jpg
Oxunub: 400     13:54     07 İyul 2022    
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstələri İlan adasının təmizlənməsi tapşırığını tamamilə yerinə yetiriblər.

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, adada Rusiyanın 30-dək hərbi texnikası tamamilə məhv edilib.

Xatırladaq ki, iyunun 30-da Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib və ada işğaldan azad olunub.

İyulun 4-də isə İlan adasına Ukrayna bayrağı sancılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlan-adası   Ukrayna  


Bizi "telegram"da izləyin