MİKTA-nın xarici işlər nazirləri Ukraynanı müzakirə edib

2022/07/62c6a-1657187835.jpg
Oxunub: 296     13:39     07 İyul 2022    
MİKTA-nın xarici işlər nazirlərinin iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

“Sədrlik etdiyimiz MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) xarici işlər nazirlərinin toplantısında Ukraynadakı son vəziyyət, qida təhlükəsizliyi, ümumi gündəliyimizdəki məsələləri, o cümlədən miqrasiyanı müzakirə etdik”, - Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, toplantı İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin XİN rəhbərlərinin iclası çərçivəsində baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MİKTA   Ukrayna  


Bizi "telegram"da izləyin