Mövlud Çavuşoğlu ukraynalı həmkarı ilə danışıb

2022/03/1647273224.jpg
Oxunub: 735     11:27     07 İyul 2022    
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

Ordu.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Baş diplomatların regional məsələləri müzakirə etdikləri qeyd olunub.

Xatırladaq ki, bu gün Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrovun G-20 ölkələrinin İndoneziyada keçirilən toplantısı çərçivəsində görüşü gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çavuşoğlu   Kuleba  


Bizi "telegram"da izləyin