Ordu.az xəbər verir ki, bu barədə "TurkicWorld"a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin iyun ayında Türkiyə 315 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 42,2 faiz çoxdur”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 3,9 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.
Ordu.az