Litva əhalinin pulu ilə alınan “Bayraktar”ı Ukraynaya göndərib

2022/07/1657169826.jpg
Oxunub: 386     09:15     07 İyul 2022    
Litva ölkə əhalisinin topladığı vəsait hesabına alınan “Bayraktar” pilotsuz uçuş aparatını (PUA) Ukraynaya göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas özünün feysbuk səhifəsində məlumat verib.

“Pilotsuz uçuş aparatı Litvanı tərk edir. Müdafiə Nazirliyi alqı-satqı sövdələşmələri və digər hüquqi rəsmiləşdirmələri öz üzərinə götürüb ki, pilotsuz təyyarə bütün silahlarla birlikdə Ukraynaya çatdırılsın”, - nazir bildirib.

Qeyd edək ki, Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Litva   Ukrayna  


Bizi "telegram"da izləyin