Avropa Komissiyasının Prezidenti: “Putin enerjidən silah kimi istifadə etməyə davam edir”

2022/06/8-27-1656221320.jpg
Oxunub: 359     16:44     06 İyul 2022    
“Putin enerjidən silah kimi istifadə etməyə davam edir”.

Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Strasburqda Avropa Parlamentinin iclasında deyib.

O bildirib ki, Avropa Rusiya qazından asılılığı tamamilə aradan qaldırmağa hazırlaşmalı və bunun üçün fövqəladə planlar hazırlamalıdır.

Ursula von der Leyenin sözlərinə görə, Avropa Komissiyası "Avropanın Fövqəladə Planı" üzərində işləyir və iyulun ortalarında ilk variant təqdim olunacaq.

“Aİ-yə 12 üzv dövlət artıq qaz təchizatının azaldılmasından təsirlənib. Bizə Aİ səviyyəsində koordinasiya lazımdır. Avropa Komissiyası tezliklə Aİ-nin təcili yardım planını təqdim edəcək. Biz vahid bazarımızı və sənaye təchizat zəncirlərimizi zərərdən qorumaq üçün çalışacağıq", - Avropa Komissiyasının Prezidenti vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Putin   Rusiya  


Bizi "telegram"da izləyin