“Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqındadır” - Mişel

2021/07/76803-1626618233.jpg
Oxunub: 305     14:44     06 İyul 2022    
Ukrayna, Moldova və Gürcüstanın gələcəyi Avropa İttifaqı (Aİ) daxilindədir.

Ordu.az xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentində çıxışında deyib.

“Kremlin Ukraynaya qarşı barbar müharibəsi qitəmizdə tektonik dəyişikliyə səbəb oldu və yeni geosiyasi reallıq yaratdı. Biz Ukrayna, Moldova və Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəldik. Bu ölkələrin gələcəyi Avropa İttifaqı daxilindədir”, - Aİ Şurasının Prezidenti vurğulayıb.

O bildirib ki, Ukrayna və Moldovaya namizədlik statusunun verilməsi həm Aİ ölkələrinin, həm də bu ölkələrin xalqları üçün güclü siqnaldır:

“Ehtiyac olduğu müddətdə biz Ukraynanın yanında olacağıq, dəstək verməyə davam edəcəyik. İndiyə qədər biz Ukraynaya hərbi dəstək vermişik və bu davam edəcək. Həmçinin, maliyyə dəstəyimiz də davam edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mişel    


Bizi "telegram"da izləyin