Rusiya XİN Üçtərəfli İşçi Qrupun işində irəliləyiş əldə olunduğunu açıqlayıb

2022/07/17399-1656692705.jpg
Oxunub: 378     14:37     06 İyul 2022    
Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Baş nazir müavinlərinin həmsədrlik etdikləri Üçtərəfli İşçi Qrup fəaliyyətini davam etdirir.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, iyunun 3-də Moskvada Üçtərəfli İşçi Qrupun X iclasında, eləcə də Peterbuq İqtisadi Forumu çərçivəsində həmsədrlərin təmasları zamanı nəqliyyat kommunikasiyalarının müxtəlif aspektləri ilə bağlı müəyyən irəliləyiş əldə olunub, tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunub: “Məlumdur ki, Üçtərəfli İşçi Qrup çərçivəsində regionda Azərbaycan, Ermənistan və onların qonşularının maraqlarına cavab verən avtomobil və dəmir yolu nəqliyyatı əlaqəsinin açılması müzakirə olunur. Konkret razılıq əldə olunacağı təqdirdə Üçtərəfli İşçi Qrupun həmsədrləri özləri ayrıca məlumat verəcəklər”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN  


Bizi "telegram"da izləyin