Ukrayna Luqansk vilayətində yalnız 2 yaşayış məntəqəsinə nəzarət edir

2022/06/T3JCV-1655968957.jpg
Oxunub: 373     13:46     06 İyul 2022    
Rusiya Ukraynanın Luqansk vilayətini demək olar tam ələ keçirib.

Ordu.az “Unian.net”ə istinadən xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Hayday keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, iki yaşayış məntəqəsində döyüşlər hələ də davam edir, bu baxımdan Rusiyanın hələ də Luqanskın administrativ sərhədlərinə tam çıxdığını demək olmaz. “Onlar hələ də rayonun tam ələ keçirilməsinə çalışırlar, fasiləsiz atəş açırlar, onlar ağır itkilər veriblər və artıq nə qədər adam itirdiklərini saymırlar”, - deyə Hayday bildirib.

O əlavə edib ki, hazırda Luqanskdakı mülki əhalinin təxliyəsi üçün yeganə yol onların Rusiyaya, oradan isə digər ölkələrə keçməsindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Luqansk   Ukrayna  


Bizi "telegram"da izləyin