"Türkiyə və Azərbaycan münasibətlərin qalxdığı səviyyə TDT-yə örnəkdir" - Cahit Bağcı

2021/09/23png-1631771480.jpg
Oxunub: 358     13:11     06 İyul 2022    
"Dünyanın geopolitik dəyişikliyinə uyğun Türkiyə və Azərbaycan münasibətlərin qalxdığı səviyyə Türk Dövlətlər Təşkilatına bir örnəkdir".

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan-Türkiyə əməkdaşlığına həsr edilmiş Caspian Energy Forumun xüsusi sessiyasında bildirib.

Onun sözlərinə görə, Qarabağ zəfərinin Türkiyə-Azərbaycan münasibətləri baxımdan, bölgə baxımdan mühüm əhəmiyyətə malikdir.

Səfir deyib ki, Qarabağ zəfəri 44 gündə əldə edilib, Bakının azad edilməsi də 45 gün ərzində əldə edilib.

C.Bağcı bildirib ki, 44 Azərbaycan tarixində simvolik rəqəmdir: "Türkiyə və Azərbaycan geopolitik dəyişikliyi yaxşı bilir. Bu geopolitik dəyişikliyə uyğun bir əməkdaşlıq modeli inkişaf etdirilib".

O xatırladıb ki, 2021-ci ilin iyunun 15-də Qafqazın incisi olan Şuşada bəyannamə imzalanıb və iradə ortaya qoyulub: "Bu bəyannamənin imzalanması ilə strateji əməkdaşlığımız artıq müttəfiqlik səviyyəsinə çatıb. Bu, sadəcə müdafiə , energetika sahələrində deyil, bütün sahələrdə əməkdaşlığımızın genişləndirməyimizin və dərinləşdirəcəyimizin iradəsidir. Bu sənəd hər iki ölkənin Milli Məclislərində təsdiq edilib. Bu sənəd bir təlimatdır ki, Türkiyə və Azərbaycan arasında münasibətlərinin hər sahədə genişləndirilməsi və dərinləşdirilməsinə töhfə vermək, əgər bu münasibətlərin önündə əngəllər varsa, əngəllərin aradan qaldırılması üçün işlərin aparılmasına dair bir təlimatdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Səfir  


Bizi "telegram"da izləyin