Ordu.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Finlandiyanın “Helsingin Sanomat” nəşrinə müsahibəsində deyib.
“NATO-ya üzvlük hüquq yox, seçilməkdir. Bu üstünlüyü əldə etmək istəyən dövlətlərin bəzi şərtləri yerinə yetirməsi lazımdır. Bu mənada PKK ilə yanaşı, YPG və FETÖ-nün də terror təşkilatı kimi tanınması vacibdir. İndi bu iki ölkə verdiyi vədə əməl etməlidir”, - o bildirib.
F.Altun vurğulayıb ki, terrorçular haqqında lazımi məlumatlar hər iki ölkənin müvafiq qurumlarına çatdırılıb: “Terrorçuların qaytarılması, əlbəttə, həmin dövlətlərin səmimiliyinin sınanması üçün test olacaq. Türkiyədə günahsız insanlara zərər vuran, bizi hədəf alan insanlara təhlükəsiz liman təmin etmək onsuz da müttəfiqlik ruhuna ziddir”.
Ordu.az