Cənubi Koreya Prezidenti Yun Sok El ordu, donanma, aviasiya və dəniz piyadalarının komandirləri ilə keçirdiyi iclasda Şimali Koreyanın hərbi təxribatlarına dərhal cavab verməklə bağlı tapşırıq verib.
Ordu.az xəbər verir ki, bu barədə Prezidentin ofisi məlumat yayıb.
“Prezident hərbçilərimizə Şimali Koreyanın təxribatı halında dərhal və sərt cavab verməyi tapşırıb”, - açıqlamada deyilir.
Yun Sok El istənilən cavab addımının ABŞ-la sıx koordinasiya şəraitində veriləcəyini əlavə edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Cənubi-Koreya
KXDR