Ermənistanda bankda partlayış olub, 1 nəfər ölüb, 6 nəfər yaralanıb - YENİLƏNİB

2022/07/1657088700.jpg
Oxunub: 552     14:25     06 İyul 2022    
Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankındakı partlayışın səbəbi məlum olub.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisəyə qaz sızmasının olduğu bildirilir.

Vurğulanıb ki, partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Onlardan 2-nin xəsarətləri yüngül olduğundan artıq evə buraxılıb. Digərləri Milli Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai araşdırma aparılır.

*****

Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankında partlayış baş verib.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Xilasedicilər və yanğınsöndürənlər hadisə yerindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Partlayış  


Bizi "telegram"da izləyin