Britaniya kəşfiyyatı: "Rusiya Lisiçansk və Luqansk vilayəti üzərində nəzarətini gücləndirməyə davam edəcək"

2022/06/T3JCV-1655968957.jpg
Oxunub: 366     10:14     06 İyul 2022    
“Rusiya çox güman ki, Lisiçansk və Luqansk vilayəti üzərində nəzarətini gücləndirməyə davam edəcək. Rusiya Silahlı Qüvvələri Şimal, Şərq və Qərb qruplarının xeyli hissəsini İzyum istiqamətinə yönəldib”.

Ordu.az bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən xəbər verib.

“Rusiya Silahlı Qüvvələri, böyük ehtimalla, hazırda Slovyansk şəhərindən, təxminən, 16 km şimaldadır. Şəhəri mərkəzi və cənub qrupu qüvvələri atəş altında saxlayırlar. Slovyansk uğrunda döyüşün Donbas üçün mübarizədə növbəti əsas yarış olacağı real ehtimalı var”, - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin