Bayden Türkiyənin F-16 qırıcıları ilə bağlı tələblərini dəstəkləyir - Ağ Ev

2022/01/61eaf-1642788396.jpg
Oxunub: 355     07:42     06 İyul 2022    
ABŞ prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı deyib.

""F-16 məsələsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir", deyə Karin Jan-Pyer bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   F-16  


Bizi "telegram"da izləyin