Rusiya ordusunun Ukraynanın cənubundakı itkiləri açıqlanıb

2022/05/T-90M-1651734538.jpg
Oxunub: 368     09:13     06 İyul 2022    
İyulun 5-də Ukraynanın cənubunda Rusiya ordusunun 18 nəfər şəxsi heyəti məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Pivden” operativ komandanlığı məlumat yayıb.

Məlumatda bildirilir ki, raket-artilleriya zərbələri nəticəsində Rusiya silahlı qüvvələrinin 18 nəfər şəxsi heyəti, 2 özüyeriyən artilleriya qurğusu, 1 zenit qurğusu, 1 haubitsa, 5 zirehli texnika və 2 silah anbarı məhv edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   İtki  


Bizi "telegram"da izləyin