Kanada İsveç və Finlandiyanın NATO-ya üzvlük protokollarını ratifikasiya edib

2022/05/1652592899.jpg
Oxunub: 315     05:16     06 İyul 2022    
"Kanada İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmasını ratifikasiya edən ilk NATO üzvü olub".

Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trüdo deyib.

“Bu gün Kanada Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı protokolları ratifikasiya edən ilk ölkə oldu. Bu, hər iki ölkəni tamhüquqlu üzvlüyə yaxınlaşdırır”, - o bildirib.

Onun sözlərinə görə, Ottava Skandinaviya ölkələrinin alyansa qoşulmasını qətiyyətlə dəstəkləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Finlandiya   NATO  


Bizi "telegram"da izləyin