Blinken G20 XİN rəhbərlərinin iclasında Lavrovla görüşməyəcək

2022/05/74120-1651940395.jpg
Oxunub: 307     17:12     05 İyul 2022    
ABŞ Dövlət katibi Entoni Blinken Çin xarici işlər naziri Van İ ilə görüşəcək.

Ordu.az "Washington Post"a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi bildirib.

Onun sözlərinə görə, tərəflər arasında görüş bu həftə Balidə keçiriləcək G20 ölkələrinin XİN rəhbərlərinin iclası çərçivəsində baş tutacaq.

ABŞ Dövlət Departamentinin rəsmiləri Blinkenin Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşməyəcəyini bildiriblər.

Qeyd edək ki, iyulun 7-8-də Balidə G20 ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   Lavrov  


Bizi "telegram"da izləyin