BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"

2022/07/1657024480.jpg
Oxunub: 332     16:24     05 İyul 2022    
“Müharibə başlayandan 12 minədək Azərbaycan vətəndaşı Ukraynadan təxliyə olunub”.

Ordu.az xəbər verir ki, bunu “Report”a Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev bildirib.

Onun sözlərinə görə, BMqT Dövlət Miqrasiya Xidməti ilə birgə Azərbaycanda ukraynalılara köməklik göstərir.

Bundan başqa, Ukraynadakı böhranı həll etmək üçün BMqT Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi məsələsində Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin