Azərbaycanda kibertəhlükəsizlik proseslərinə dair tələblər müəyyənləşəcək

2021/08/21_15-1628007736.jpg
Oxunub: 339     15:16     05 İyul 2022    
Kibertəhlükəsizlik proseslərinə dair tələblər müəyyənləşəcək.

Ordu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.

Fərmana əsasən, bu qaydalarda kibertəhlükəsizlik xidməti provayderinin işçi heyəti, texnoloji resursları və proseslərinə dair tələblər və kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər də müəyyən olunmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin