Ukraynanın bərpası planı təsdiqlənib

2022/07/1657018507.jpg
Oxunub: 305     14:50     05 İyul 2022    
Bu gün İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı beynəlxalq konfrans keçirilib.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmiqal tviter səhifəsində yazıb.

O bildirib ki, toplantıda Ukraynanın bərpası planı təsdiqlənib: “Dövlət və hökumət başçıları, nazirlər və yüksək səviyyəli nümayəndələr Ukraynanı ölkə tam bərpa olunanadək dəstəkləməyə söz verdilər. Ukrayna tərəfdaşlarla birlikdə yenidən qurulacaq. Bu barədə konfransın yekun bəyannaməsində yazılıb. Konfransda bərpa planının əsas prinsipləri də təsdiq edilib. Dəstəklərinə görə tərəfdaşlara təşəkkür edirik!”, - hökumət başçısı vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Bərpa  


Bizi "telegram"da izləyin