Erməni hərbi qulluqçunun yaxını: “Mənə bütov olan, ortadan bölünmüş, 15 faizi olan meyit göstəriblər, nəyə inanım?”

2022/07/79998-1657016939.jpg
Oxunub: 699     16:30     07 İyul 2022    
İtkin düşmüş erməni hərbi qulluqçunun valideyni Gevorq Arabaçyan Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib.

Ordu.az xəbər verir ki, o, İcevandan gələrək Ermənistan Baş naziri Nikol Paşinyanla görüş tələb edib.

Arabaçyan bildirib ki, oğlu iki ildir yoxdur.

“Oğlum iki ildir yoxdur, lakin məlum olub ki, onu artıq dəfn ediblər. Oğlumu dəfn etdiklərinə inanmıram, verilməli olan pulu da qayın adı ilə ayırıblar. Nikol Paşinyan mənimlə görüşməli, günahkarları mənim qarşıma çıxarmalıdır”, - deyə o qeyd edib.

Arabaçyan vurğulayıb ki, meyitxanalara gedib-gələrkən həyat yoldaşı infarkt keçirib və ölüb, azyaşlı uşaq onun himayəsində qalıb.

“Uşağımı tanımaq üçün meyitxanalara gedirdik. Zəng etdim, dedilər ki, uyğunluq var. Mənə bütov olan, ortadan bölünmüş, 15 faizi olan meyit göstəriblər, nəyə inanım?”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Məğlubiyyət  


Bizi "telegram"da izləyin