Kiçik Qaladərəsində qanunsuz yaşayan erməni: “Əgər məqam gəlsə və sakinləri yerləşdirməyimiz lazım olsa, necə edəcəyik?”

2022/07/12312-1657016864.jpg
Oxunub: 1329     14:55     05 İyul 2022    
Qondarma qurumun “nümayəndəsi” Geğam Stepanyan bu yaxınlarda deyib ki, hazırda Laçın və digər icmaların sakinlərinin təxliyəsi üçün heç bir iş aparılmır. Qeyd edək ki, Zabux kəndində qanunsuz yaşayan ermənilərin “rəhbəri” Andranik Çauşyan Geğam Stepanyana cavab verərək qeyd edib ki, Stepanyan hansı hüquqla bənzər şeylər deyir?

Kiçik Qaladərəsi kəndində qanunsuz məskunlaşan ermənilərin “başçısı” Samvel Sarkisyan bildirib ki, müharibədən sonra Şuşadan köçkün düşmüş bir neçə ailə Kiçik Qaladərəsi kəndində məskunlaşsa da, bir müddət sonra kəndi tərk edərək başqa kəndə köçüblər.

“Əgər məqam gəlsə və sakinləri yerləşdirməyimiz lazım olsa, necə edəcəyik? İmkanlar yaratmalı və insanları yerləşdirməliyik”, - deyə o qeyd edib.

Sarkisyan vurğulayıb ki, hazırda Kiçik Qaladərəsi kəndində Suqovuşandan köçürülmüş bir ailə yaşayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kiçik-Qaladərəsi   Laçın   Zabux  


Bizi "telegram"da izləyin