Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Qeyd olunub ki, təbii olaraq müharibə riski Azərbaycanın davranışı ilə ölçülməməlidir.
“Əlbəttə, bu da ölçüdür, amma 44 günlük müharibədən əvvəl də dəfələrlə bildirildiyi kimi, Azərbaycan müharibəyə qərar verənlər arasında deyil, müharibədə rol oynayan ölkələr sırasındadır. Bu mənada problemin dərinliyi ondan ibarətdir ki, Azərbaycanın davranışı istənilən müharibə qərarı və ya planı çərçivəsində diktə oluna bilər”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, Qafqazda müharibə məsələsi böyük oyunçu-mərkəzlərindən asılıdır və bu mərkəzlərin gündəmləri, yaxud proqramları ilə bağlı informasiya axını nə Azərbaycan, nə Gürcüstan, nə də Ermənistan üçün əlçatan deyil.
Alpər Mövludoğlu
Ordu.az