Ordu.az xəbər verir ki, Tonoyan xüsusi olaraq Baş Qərargah rəisi və Silahlı Qüvvələrin rəisi ilə bağlı təklif olunan dəyişikliklərə toxunub.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, erməni hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, Tonoyan, həbsdə omasına baxmayaraq, müdafiə sahəsi ilə bağlı problemlərin həllinə vaxt ayırır, həm də öz yanaşmalarını təqdim edir ki, bu da mühüm faktdır.
“Təəssüflər olsun, nə keçmiş müdafiə nazirlərindən, nə də başqalarından belə yanaşma görmədik, onlar məsələyə mahiyyətcə yox, daha çox siyasi konyuktura çərçivəsində yanaşırlar”, - deyə Sakunts bildirib.
Erməni hüquq müdafiəçisi vurğulayıb ki, Tonoyan dinc dövrdə və müharibə zamanı müdafiə sistemində müdafiə nazirinin rolunun nə olduğu ilə bağlı ciddi sual qaldırır.
Alpər Mövludoğlu
Ordu.az