Stoltenberq İsveçlə Finlandiyanın üzvlüyünə dair ratifikasiya prosesinin sürətli olacağını istisna etmir

2018/11/bc315-1542092023.jpg
Oxunub: 274     14:42     05 İyul 2022    
Müxtəlif ölkələrin müxtəlif prosedurları var. İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün üzv ölkələrin parlamentləri tərəfindən ratifikasiya prosesi nə zaman bitəcək, bunu öncədən təxmin edə bilmərik. Amma düşünürəm ki, biz müttəfiqlərimizə güvənə bilərik.

Ordu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bu gün keçirilən mətbuat konfransında bildirib.

“Biz ratifikasiya ilə bağlı bir neçə ay barədə düşünməliyik. Ratifikasiya prosesi bir neçə ay çəkə bilər. Ancaq hər bir halda normaldan sürətli ola bilər, nəzərə alsaq ki, bu, NATO tarixində ən sürətli üzvlük prosesidir. Ancaq hər bir halda ratifikasiya ilə bağlı parlamentlər qərar verəcək”, - Stoltenberq əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   NATO  


Bizi "telegram"da izləyin