Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, bu kəlbətindən çıxmaq barədə gərgin və bitib-tükənməyən söz-söhbətlər əslində bəlkə də əks effekt verir və Ermənistana qarşı kəlbətini daha çox gücləndirir.
“Səbəb isə ondan ibarətdir ki, çıxmağın zəruri, həyati dərəcədə vacib olması haqqında söhbətlər zamanı bu məsələnin həlli üçün mövzu variantları, metodologiya, yollar, alətlər demək olar yoxdur. Bəli, bu kəlbətindən çıxmaq lazımdır, bəs necə, hansı yolla, hansı məntiqlə, kimin köməyi ilə? Bunlar, eləcə də digər bu kimi məsələlər əsas məsələlərdir. Bu məsələlərlə bağlı ya söhbət yoxdur, ya da olanlar yalnız bəyanedici xarakter daşıyır və konkretlikdən uzaqdır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az