Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hakob Badalyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, erməni ictimaiyyəti növbəti dəfə Solovyovun hər hansı cəlbedici bəyanatını internetdə yaymazdan əvvəl daha uzun müddət düşünəcək.
“Digər tərəfdən problem şübhəsiz ki, Solovyovda deyil, müstəqillik dövründə erməni ictimai-siyasi elitasının institusional yoxluğundadır”, - deyə Badalyan qeyd edib.
Ermənistan Ali Sovetinin keçmiş deputatı Azat Arşakyan bildirib ki, Rusiyanın Azərbaycan və Ermənistanla bağlı siyasi mövqeyi ziddiyyətlidir.
“Onlar qərar verə bilmirlər, ya da dövlətin Azərbaycanın, yoxsa Ermənistanın müttəfiqi olması ilə bağlı dəqiq mövqeyi yoxdur. Bu, təbliğatda da özünü göstərir”, - deyə Arşakyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az