Finlandiya XİN rəhbəri: “Türkiyənin terrorla bağlı narahatlıqlarına ciddi yanaşırıq”

2022/05/df4gd-1653236117.jpg
Oxunub: 214     14:09     05 İyul 2022    
Türkiyə ilə uzunmüddətli əməkdaşlığımız var. Türkiyə ilə hər zaman yaxın təmasda olmuşuq.

Ordu.az xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya bu gün keçirilən mətbuat konfransında bildirib.

O, Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başladılmasında Finlandiyanın fəal iştirakını və bunu təşviq etdiyini diqqətə çatdırıb.

XİN rəhbəri bu il bir neçə dəfə Türkiyəyə səfər etdiyini xatırladıb.

“Hazırda da bu prosesdə yaxın təmaslarımız davam edir. Biz Türkiyənin terrorla bağlı üçtərəfli memorandumda da qaldırdığı narahatlıqları anlayırıq, buna ciddi yanaşırıq və bu istiqamətdə işləyirik. Mən ümid edirəm ki, biz danışıqlarımızda irəli gedəcəyik”, - fin nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   XİN   Türkiyə  


Bizi "telegram"da izləyin