Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Ruben Safrastyan deyib.
Onun sözlərinə görə, bu kiçik addımdır, amma hər halda atılan ilk addımdır.
“İstənilən halda bunu müsbət qiymətləndirmək olar. Bu, Ermənistanın can atdığı real addım deyil. Düşünürəm ki, bu, Türkiyənin danışıqlarda taktikasını dəyişməsi ilə bağlıdır. İlk iki görüşdə heç nə baş verməyibsə, indi ümumi böyük addıma doğru iki kiçik addım artıq atılıb. Düşünürəm ki, daha 1-2 belə görüş olacaq, həmin görüşlərdə bənzər kiçik addımlar olacaq, böyük prinsipial addımların necə olacağını, ümumiyyətlə olub-olmayacağını görəcəyik”, - deyə Safrastyan qeyd edib.
Erməni türkşünas vurğulayıb ki, Türkiyənin Ermənistanla bağlı siyasətini indiki mərhələdə Avropa ilə əlaqələndirdiyini düşünmür.
Alpər Mövludoğlu
Ordu.az