Ordu.az-ın məlumatına görə, rrməni politoloq Ruben Mehrabyan qeyd edib ki, Fransanın sədrliyinin Çexiyaya keçməsi Avropada ən dramatik hadisələrə təsadüf edib.
“Təbii ki, bu, Ukrayna müharibəsi idi. Bu mənada biz görürük ki, nəticədə Avropa dəyərlərinə və onların qorunması imperativinə əsaslanan fundamental məsələlərdə Avropa İttifaqının vahid mövqeyini əldə etdik. Fransanın Avropa İttifaqına sədrliyi uğurlu sayılmalıdır”, - deyə o bildirib.
Digər bir erməni politoloq Andrias Qukasyan bildirib ki, əvvəlki 6 ay ərzində Ermənistanla Avropa İttifaqı arasında imzalanmış sazişin həyata keçirilməsində görünən nəticələr olmayıb.

“Mən hesab etmirəm ki, bu, Avropa İttifaqının prezidentinin kim olması ilə bağlı deyil, top daha çox Ermənistanın meydanındadır”, - deyə o vurğulayıb.
Qukasyan əlavə edib ki, Aİ-yə hansı dövlətin sədrlik edəcəyi yox, Ermənistanın necə işləyəcəyi vacibdir.
Alpər Mövludoğlu
Ordu.az