“1in.am”: Kalın Qarabağ məsələsinin bir maneə olduğunu, bunun artıq mövcud olmadığını qeyd edib

2022/07/99-12-1657014446.jpg
Oxunub: 331     11:55     06 İyul 2022    
Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin iyulun 1-də Vyanada baş tutan dördüncü görüşündən sonra bu görüşlər üçün “qeyri-adi” bəyanat yayılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşrə görə, əvvəlki üç görüşdən sonra demək olar heç bir mahiyyət daşımayan bəyanatlar əvəzinə, bu dəfə müəyyən dərəcədə konkret “ünvan” ehtiva edən bəyanat yayılıb.

“Bəyanatda bildirilir ki, görüşdən sonra tərəflər Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa gəliblər və bununla bağlı lazımi prosesin başlanmasına qərar veriblər. Qeyd olunur ki, onlar həmçinin Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarətinin mümkün qədər tez başlaması barədə razılığa gəliblər və bu məqsədlə lazımi prosesin başlanmasına qərar veriblər. Üstəlik vurğulanır ki, tərəflər həmçinin son məqsəd olan iki ölkə arasında tam normallaşmaya nail olmaq üçün atıla biləcək digər mümkün konkret addımları da müzakirə edib və normallaşma prosesinin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını bir daha vurğulayıblar. Vyanada keçirilən görüş ərəfəsində rəsmi İrəvan proseslərə bir qədər bədbin yanaşaraq nəzərəçarpan irəliləyişin olmadığını qeyd edib. Əvəzində Türkiyə tərəfi Ərdoğanın müşaviri Kalının müsahibəsi vasitəsilə Ermənistan-Türkiyə nizamlanması prosesinin sürətlə getdiyini açıqlayıb. Kalın Rusiyanın xarici işlər naziri Lavrovun Ankara, İrəvan, Tehran və Bakıya səfərindən sonra “Habertürk”ə müsahibə verib. Üstəlik, Ermənistan-Türkiyə nizamlanmasından danışarkən Kalının Qarabağ məsələsinin bir maneə olduğunu, bunun artıq mövcud olmadığını qeyd etməsi diqqət çəkir. Əslində Ərdoğanın müşaviri Ermənistan-Türkiyə nizamlanmasına mane olan başqa heç bir halı nəzərə almayıb. Bəyanata gəldikdə isə belə çıxır ki, Kalın həm Moskvaya, həm Bakıya, həm də ola bilsin Tehrana Ankaranın İrəvanla münasibətlərin normallaşmasına heç bir maneənin olmadığını eyham edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan   Kalın  


Bizi "telegram"da izləyin