“İstintaq komissiyasının əlində “İsgəndər”in tətbiqi planı var” - Köçəryan

2021/01/d45d4-1610787229.jpg
Oxunub: 463     14:30     05 İyul 2022    
“Hakimiyyət öz mandatını aldı, amma müxalifət almadı, revanşistlər idilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

Köçəryanın sözlərinə görə, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın dəstəyi ilə revanşist istəkləri olan qüvvə formalaşıb.

“Bu qüvvələr öz mülklərini qorumaq üçün siyasi mübarizəyə giriblər. Növbəti dəfə revanşist qüvvələrə səs verilməyəcək”, - deyə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri bildirib.

Köçəryan Onik Qasparyanın Ermənistanın müharibə zamanı bütün arsenalından istifadə etməməsi ilə bağlı bəyanatına toxunaraq qeyd edib: “İstintaq komissiyasının əlində “İsgəndər”in tətbiqi planı var, bu, Onik Qasparyanın dediklərinə uyğun gəlmir, əks faktlara sahibik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan   İstintaq-komissiyası  


Bizi "telegram"da izləyin