Erməni ekspert: “Bu gün biz dövlət olaraq Liviya və Suriya olmaq yolundayıq”

2022/07/sdfsd-1657014079.jpg
Oxunub: 749     20:40     06 İyul 2022    
“Populizmin məhv etdiyi başqa bir ölkədə, Liviyada ötən gün parlament binasını ələ keçiriblər və yandırıblar”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni türkşünas Varujan Geğamyan yazıb.

Onun sözlərinə görə, bu gün Ermənistan dövlət olaraq Liviya və Suriya olmaq yolundadır.

““Ərəb baharı” kimi tanınan 2010-cu il hadisələrindən sonra az-çox qurulmuş Liviya dövləti parçalanır, vətəndaş müharibəsi davam edir, fövqəldövlətlər və böyük regional oyunçular ölkənin müxtəlif bölgələrində hökmranlıq etməyə çalışırlar. Bu gün biz dövlət olaraq Liviya və Suriya olmaq yolundayıq”, - deyə Geğamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Liviya   Suriya  


Bizi "telegram"da izləyin