Ermənistanda hərbçilərə casus damğası vurulur – MTX özünü ifşa etdi

2022/05/1653893915.jpg
Oxunub: 559     14:50     06 İyul 2022    
“Bir neçə ay əvvəl Milli Təhlükəsizlik Xidməti bir bəyanat dərc etdi. Həmin bəyanata görə, 20 müttəhim casusluq və dövlətə xəyanətdə ittiham olundu, onlardan 14-ü həbs olundu”.

Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, həbs edilmiş şəxslərdən biri, Basarkeçərdəki müqaviləli hərbi qulluqçular taborunun komandiri Qarik Eloyan ilə bağlı olan işə cinayət ittihamının olmaması səbəbindən xitam verilib.

“Əslində bütün dövlət aparatı, təbliğat maşını ilə adamı satqın çıxardılar, sonra məlum oldu ki, belə bir şey yoxdur və heç bir cinayət əsası olmadan azadlığa buraxılıb. Yazıq Nikol nə edəydi, hər yerdə satqın var idi”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Casus   MTX  


Bizi "telegram"da izləyin