Erməni hərbi qulluqçunun ölümü ilə bağlı saxlanılanlar sərbəst buraxılıblar

2022/07/df12g-1657013625.jpg
Oxunub: 420     09:54     06 İyul 2022    
Ötən il noyabrın 16-da Çəmbərək ölmüş 29 yaşlı müqaviləli erməni hərbi qulluqçu Gevorq Avetyanın işi üzrə ibtidai istintaq 7-ci aydır davam edir, lakin iş hələ də məhkəməyə göndərilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Gevorq Avetyanın qardaşı Qurqen Avetyan məlumat verib.

Onun sözlərinə görə, iş qəsdən yubadılır.

“Bizə deyirlər ki, ekspertizaların nəticəsini hələ almayıblar, işin yerindən hərəkət etməsi üçün bunları gözləyirlər. Həbs edilmiş 2 hərbi qulluqçu var idi, onları sərbəst buraxıblar, bizə də bildiriblər ki, onların günahı sübut olunmadığı müddətcə azadlıqda ola bilərlər. Biri 4 ay, digəri 6 ay həbsdə yatıb, müttəhimlərdən birinin qohumu baş prokurorun müşaviridir, müşavirin qardaşı da onların işi ilə məşğul olan vəkildir, belə də olmalı idi, düşünürəm ki, burada pul rol oynayacaq”, - deyə Qurqen Avetyan qeyd edib.

Erməni hərbi qulluqçunun qardaşı qardaşının intihar etmədiyini, öldürüldüyünü iddia edir: “Adam 3 dəfə özünə atəş açaraq özünü öldürə bilməz, biz bunu qətl hesab edirik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Həbs  


Bizi "telegram"da izləyin